• Şb. Noy 23rd, 2024

Mariya Zaxarova: “Üçtərəfli görüşü təşkil etməyə hazırıq”

ByYenigun.news

Noy 2, 2023


“Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasına kömək edəcək istənilən təmasları alqışlayırıq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan baş nazirlərinin Gürcüstanda keçirilən görüşünü şərh edərkən deyib.

“Biz tərəflərə və bütövlükdə regiona fayda verən hər şeyi alqışlayırıq. Hesab edirik ki, ikitərəfli münasibətlərin normallaşdırılması üçün “yol xəritəsi” 2020-22-ci illər arasında qəbul edilmiş üçtərəfli sazişlər toplusu olaraq qalır. Buraya iki ölkə arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası və s. daxildir. Yaxın vaxtlarda biz Moskvada Rusiya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq”, – deyə Zaxarova bildirib.

Mənbə: “İzvestiya” qəzeti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir