“Beynəlxalq ictimaiyyət, o cümlədən Fransa Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə kömək etməlidir”.
Yenigun.news xəbər verir ki, bunu Fransa Senatının üzvü Natali Qule tvitter səhifəsində yazıb.
Qeyd edək ki, senator Azərbaycana səfər edib. O, səfər çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və agentliyinin əməkdaşları ilə görüşüb.