Azərbaycan Respublikasının Ali Məhkəməsində Misir Ərəb Respublikasının Dövlət Şurasının (Ali İnzibati Məhkəməsi) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə qonaqlara ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Azərbaycan və Misirin məhkəmə-hüquq sahəsində münasibətlərinin daha da genişlənməsi üçün imkanların olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.