• Şb. Noy 23rd, 2024

Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya olundu

ByYenigun.news

Noy 29, 2023


Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Samir Həsənovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Noyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Samir Həsənov Livandan ölkəmizə gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir