• Şb. Noy 23rd, 2024

Naxçıvan MR 2024-cü il büdcəsi haqqında qanun təsdiq edilib

ByYenigun.news

Noy 29, 2023


Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanunu təsdiq edilib.

Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarına əsasən, Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 173 105 000 manat, xərcləri 516 365 000 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 343 260 000 manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 110 474 000 manat, yerli gəlirləri 62 631 000 manat, mərkəzləşdirilmiş xərcləri 464 440 000 manat, yerli xərcləri 51 925 000 manat) məbləğində təsdiq edilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə gəlirlər 62 781 000 manat, o cümlədən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 150 000 manat, yerli xərclər 51 925 000 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 19 377 000 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 8 671 000 manat məbləğində təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir