Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışında məşhur xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovdan bəhs olunub.
Öz millətinin tərəqqisi naminə heç bir səyi əsirgəməyən Murtuza Muxtarov Bakının abadlaşmasına çar məmurlarından qat-qat artıq diqqət yetirən milyonçulardan biri idi. Kasıb bir ailədə doğulan Murtuza Bakıdan Tiflisə kimi arabaçılıq edib ailəsini dolandırırdı.
Murtuza Muxtarov elə bir şəxsiyyət olub ki, istəsəydi, Çar imperiyasının dörd böyük milyonçusundan biri ola bilərdi.
Lakin M.Muxtarov xeyriyyəçi, eyni zamanda vətənsevər insan idi.
Verilişdə Murtuza Muxtarovun fəhləlikdən milyonçuluğa gedən yolundan, faciəli ailə həyatından, ikinci həyat yoldaşı Liza xanım üçün tikdirdiyi Səadət sarayından, eləcə də onun var-dövlətini ələ keçirməyə çalışan İ.Stalin və dəstəsi ilə mübarizəsindən söhbət açılıb.
Daha ətraflı Baku TV-nin “AYDIN TARİX” buraxılışında: