• Şb. Noy 23rd, 2024

Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilir

ByYenigun.news

Noy 30, 2023


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

“Report”un xəbərinə görə, toplantıda Azərbaycanın Ombudsmanı, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə Baş müşaviri Vladimir Şkolnikov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər şəxslər iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Ombudsman bu il qəbul olunmasının 75-ci ildönümü qeyd olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas və nümunə olduğunu bildirib.

Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsinin daim diqqət mərkəzində saxlanıldığını, qanunvericilik bazasının beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirildiyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi üçün geniş imkanların yaradıldığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir