• Şb. Noy 23rd, 2024

Maykl Pol Luzmor: “Heydər Əliyev idmana və təhsilə çox önəm verirdi”

ByYenigun.news

Noy 30, 2023


“Onu da vurğulamaq istəyirəm ki, bu, Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirdir. O, idmana və təhsilə çox önəm verirdi”.

“Report”un məlumatına görə, bunu Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman, Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun (Institute of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti Maykl Pol Luzmor Bakıda “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda keçirilən ikinci beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.

O, konfransın onlar üçün vacib olduğunu vurğulayıb:

“Bunun əhəmiyyətini qeyd etmək o qədər də asan deyil. Məhz Heydər Əliyevin dövründə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yaradılıb. Onun təməlini qoyduğu siyasətin nəticəsində digər ölkələrlə əlaqələr yaranıb və tələbələr xaricdə təhsil alırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir