• Şb. Noy 23rd, 2024

MDB dövlət və hökumət başçılarının görüşünün vaxtı açıqlanıb

ByYenigun.news

Noy 30, 2023


Dekabrın 18-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hökumət başçılarının görüşünün keçirilməsi planlaşdırılır.

Bu barədə MDB-nin baş katibi Sergey Lebedyev məlumat verib.

“MDB hökumət başçılarının Rusiyanın təşəbbüsü ilə növbədənkənar iclası olacaq. Tədbirin dekabrın 18-də Moskvada Rusiya Baş naziri Mixail Mişustinin təşəbbüsü ilə baş tutacağı gözlənilir”, – deyə o bildirib.

MDB rəhbəri əlavə edib ki, birliyə üzv ölkələrin prezidentlərinin qeyri-rəsmi görüşü dekabrın 26-da Sankt-Peterburqda baş tutacaq.

“Rusiya Prezidenti Vladimir Putin ötən illərdəki kimi ənənəvi olaraq qeyri-rəsmi ünsiyyət qurmaq, cari məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün həmkarlarını dekabrın 26-da Sankt-Peterburqa dəvət edib”, – deyə o bildirib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir