• Şb. Noy 23rd, 2024

Baş Prokurorluq: “Bu il 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib”

ByYenigun.news

Noy 30, 2023


“Bu il 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib”.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Baş Prokurorun müavini Heydər Məmmədov Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, cari ilin ilk on ayı ərzində prokurorluq orqanlarının apardığı istintaq tədbirləri nəticəsində istintaqı tamamlanmış cinayət işləri üzrə ümumi ziyan olan 19 milyon 564 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib:

“Eyni zamanda son üç il ərzində qeyri-aşkar şəkildə törədilmiş 35 qəsdən adamöldürmə cinayətinin üstü açılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir