• C. Noy 22nd, 2024

Zabux sakinlərinə Həkəri çayının sahilində istirahət üçün şərait yaradılıb – FOTO/VİDEO

ByYenigun.news

Noy 30, 2023


Laçının Zabux kəndinə köçürülən sakinlərə Həkəri çayının sahilində istirahət üçün şərait yaradılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin Zabux sakinləri ilə görüşü zamanı qeyd etdiyi tapşırığı icra edilib.

Belə ki, prezident və xanımı bu il avqustun 26-da Laçının Zabux kəndində sakinlərlə görüşdə Həkəri çayının ətrafında salınan yaşayış məntəqəsi ilə tanış olublar. Ölkə başçısı sakinlərə çayın sahilində dincəlmək üçün şərait yaradılmasını, müvafiq keçidlərin, pilləkənlərın təmin olunmasını tapşırıb.

Zabux kəndində çəkilən yeni kadrlardan görünür ki, prezidentin tapşırığı icra edilib, çayın sahili boyunca bir neçə hissədə sakinlərin çay kənarına keçidi üçün pilləkənlər qoyulub.

Sözügedən fotoları təqdim edirik: 

Aysel Aslan 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir