“Ermənistan sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla danışıqlara və Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır”.
Bunu Skopyedə ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O xatırladıb ki, Ermənistan müəyyən prinsiplərə əsaslanan sülh sazişinin bağlanmasının tərəfdarıdır.
“Bu, Bakı və İrəvan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması; MDB-nin prinsipləri və məqsədləri haqqında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və sonrakı demarkasiyası; ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericiliyi, bərabərliyi və qarşılıqlılığının tanınması əsasında regionda kommunikasiyaların açılmasıdır. Ermənistan tərəfi sadalanan prinsiplərə sadiqliyini bir daha təsdiqləyir və bu istiqamətdə praktiki addımlar atmağa hazır olduğunu nümayiş etdirir”, – o əlavə edib.
Ermənistan xarici işlər naziri həmçinin ölkəsinin yaxın həftələrdə Türkiyə ilə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması qərarını həyata keçirməyə hazır olduğunu təsdiqləyib.
Mənbə: TASS