Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının 22 yanvarda keçirilmiş qış yarım-sessiyasının açılışında ölkəmizin buradakı ümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışı ilə əlaqədar Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırmışdır.
Əsl səbəb və obyektiv həqiqət məlumdur. Bunları Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında, ölkəmizin siasətçilərinin debatlarında dəfələrlə eşitmişik. Hesab edirik ki, Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.
Azərbaycan Avropa Şurasına üzv olanda Azərbaycan cəmiyyətində belə bir rəylər var idi ki, mötəbər təşkilat sayılan Avropa Şurası Ermənistanın Azərbaycana qarşı işğalının aradan qaldırılmasında konstruktiv fəaliyyət göstərə bilər. Amma biz 23 il ərzində elə bir şey görmədik. Əksinə Avropa Şurası Azərbaycan 44 günlük müharibə ilə öz ərazilərini işğaldan azad edib suverenliyini təmin etdikdən sonra yeni reallıqları qəbul etməyərək daha çox Fransanın təsiri altında Azərbaycana qarşı qərəzli mövqe tutmağa və ikili standartlar tətbiq etməyə cəhd etdi.
2023-cü ilin 5 oktyabrında da AŞPA Azərbaycan əleyhinə qətnamə qəbul etmişdi: “Orada Qarabağdan könüllü olaraq getmiş Qarabağ ermənilərinin məsələsini bəhanə edərək Azərbaycana qarşı o zaman da sanksiyalar edilməsi ilə bağlı çağırışlar etmişdi. Azərbaycanda guya insan hüquqlarının pozulması və s. kimi absurd məsəlləri önə çəkmişdi. Növbəti bir addım da Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı idi. Təbii ki, Azərbaycan bunu gözləmək fikrində olmadı və nümayəndə heyətimiz operativ olaraq bu əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul etdi. Hesab edirəm bu doğru bir qərardır. Çünki Avropa Şurası əslində digər bir çox Avropa quruluşları kimi bəyan etdikləri dəyərlərin müdafiəçisi kimi yox, faktiki olaraq bir xristian klubu formatında çıxış edir.
AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.
Elçin Hüseynov,
Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəsinin müavini