• Be. Fev 16th, 2026

XİN başçısı İrandakı səfirliyimizin açılması ilə bağlı iki məqamı xatırlatdı

Byadmin

Yan 27, 2024


“Səfirliyin açılması ilə bağlı əsas iki məqama diqqət edəcəyik. Əsas məsələ istintaqın başa çatması, qərarın qəbul edilməsidir”.

“Report”un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“İkinci məqam isə səfirlik açılacağı təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir. Vətəndaşlarımızın həyatını riskə ata bilmirik”, – nazir qeyd edib.