• Şb. Noy 30th, 2024

AŞPA-nın Ukraynadan olan üzvü: “Assambleyanın Azərbaycanla bağlı qərarına təəssüf edirəm”

ByYenigun.news

Yan 27, 2024


“Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı belə qərar qəbul etməsinə çox təəssüflənirəm”.

Bunu “Report”a açıqlamasında Ukrayna Ali Radasının hakim Xalqın xidmətçisi partiyasından deputatı, AŞPA üzvü Yuri Kamelçuk bildirib.

“Əminəm ki, bu məsələni daha ətraflı nəzərdən keçirsək, başqa nəticə verə bilər. Rusiya və Azərbaycanla olan vəziyyət müqayisə ediləsi deyil. Azərbaycan ərazisi işğaldan azad edilib, Rusiya isə Ukraynaya hücum edib. Ümid edirəm ki, tezliklə Azərbaycan Strasburqa haqq etdiyi işinə qayıdacaq. Ukrayna, vətəndaşlarımıza dəstəyinə və hərbçilərin reabilitasiyası ilə bağlı köməyə görə Azərbaycana minnətdardır. Avropa Azərbaycanın humanist bir ölkə olduğunu görməlidir”, – Y.Kamelçuk əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir