• Bz. Fev 15th, 2026

MSK sədri: “Erməniəsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər”

Byadmin

Yan 29, 2024


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli seçicilərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəklərini deyib.

“Report”un məlumatına görə, bunu MSK sədri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur:

“Həm Azərbaycandakı vətəndaşlar, həm də xaricdə yaşayanlar səsvermədə eyni hüquqa malikdirlər. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdirlər”.