“Növbədənkənar prezident seçkisi ilə əlaqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib”.
Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkədə 6 300-dən çox seçki məntəqəsi var:
“Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var”.
M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır.