Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan arasında yaxın iki gün ərzində görüş gözlənilir.
Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan baş nazirinin müavininin ofisindən xəbər verilib.
“Sabah və ya o biri gün iki ölkənin Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyalarının növbəti iclası keçiriləcək”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarının iclası keçən il noyabrın 30-da Qazax-İcevan sərhədində baş nazirlərin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryan rəhbərliyi ilə baş tutub.