Heydər Əliyev Mərkəzində Yaponiyanın ənənəvi dram teatr sənəti olan “Noh” üzrə ixtisaslaşan Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdiriləcək. Tədbirdə Azərbaycan və Yaponiyanın rəsmi şəxsləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edəcəklər.
Oxu.Az xəbər verir ki, 700 ildən çox tarixi olan “Noh” teatrı Yaponiyanın ən qədim ifaçılıq sənətidir. Ənənəvi ədəbiyyat nağılları əsasında qurulan “Noh” teatrı rəqs əsaslı səhnələri, maskaları, geyimləri və digər müxtəlif atributları ehtiva edir.
Yüksək sənətkarlıq keyfiyyətinə görə bu incəsənət növü UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və bütün dünyada ifa olunur.