Bu gün Bakıda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə tədbirlər planı”nın imzalanması mərasimi olub.
“Report” xəbər verir ki, sənədi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Bakıda səfərdə olan Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov imzalayıblar.