Ölkəmizin Türkiyədəki səfirliyinin kollektivi Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, ziyarətdə səfir Rəşad Məmmədov və digər diplomatlar iştirak ediblər.
Məhəmməd Əmin Rəsulzadənin xatirəsi ehtiramla yad olunub, abidəsi önünə əklil qoyulub.
Qeyd edək ki, bu gün M.Ə.Rəsulzadənin anadan olmasından 140 il ötür.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il ərzində Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümündə Səfirlik kollektivi dövlət adamının məzarını ziyarət etdi və xatirəsini ehtiramla yad etdi. pic.twitter.com/4p4Exzwl3h
— AzEmbassyTürkiye (@AzEmbassyTurkey) January 31, 2024