• C. Noy 29th, 2024

Məzahir Pənahov: “Beynəlxalq media nümayəndələrinin sayı 80-dən çoxdur”

ByYenigun.news

Yan 31, 2024


“Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri prosesini izləmək üçün 80-dən çox beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib. Onlar 34 media qurumunu təmsil edirlər”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

“Biz həmişə çalışırıq ki, siyasi məqsəd güdən məqamları irəli çəkənləri başa salaq. Bunu siyasiləşdirməyə ehtiyac yoxdur. Azərbaycan xalqı öz rəhbərini seçir. Seçki prosesini pozmağa cəhd edənləri çəkib, sensasiya yaratmağa çalışmayın”, – o vurğulayıb.

MSK sədri söyləyib ki, 7 fevral seçkiləri suveren və bütöv Azərbaycanın ilk seçkiləridir: “Hansı ki, ilk dəfə azad olunmuş ərazilərdə seçki keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir