• C. Noy 29th, 2024

Gənc idmançılarımızla hər zaman fəxr edirik

ByVuqar Ferzeliyev

Fev 1, 2024

        Fevralın 2-si Azərbaycan Gəncləri günüdür. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəallığı ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Artıq Avropanın gənclər təşkilatları Azərbaycanın dünyada nümunə olan gənclər siyasətindəki təcrübəsini öyrənir və tətbiq edir. Bu, dövlətimizin gənclər siyasətinin qələbəsidir.

        Reallğı və gerçəkliyi nəzərə alan Prezident İlham Əliyev hər zaman gənclərə malik olduqları qaqbiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış etmiş, bu sırada idmana böyük diqqət və qayğı ilə yanaşmışdır.

       Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırırdı. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Dünya idman tarixində bir ilk. Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində bir ilkdir. Birinci Avropa Oyunları çərçivəsində 20 idman növü üzrə yarışlar paytaxtımızda  21 idman obyektində keçirilmişdir. Dünyanın idman tarixinə düşmüş bu Oyunlarda 50 ölkəni  təmsil edən 6 mindən artıq idmançı sağlam rəqabət uğrunda mübarizəyə qatılmışdır.

       İdmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. Ölkəmizdə idman qurğularının yaradılması geniş vüsət alıb. 50-dən çox şəhərdə müasir qurğular inşa edilib və indi demək olar ki, hər bir rayonda idmanla məşğul olmaq üçün şərait var. İndi bir neçə Olimpiya İdman Kompleksi inşa edilir, yaxın bir-iki ilə onlar da tamamlanacaq. Eyni zamanda, bölgələrdə yaşayan gəncləri idmana cəlb etmək üçün daha fəal olmalıyıq. Bunun üçün açıq idman meydançalarının yaradılması da çox böyük əhəmiyyətə malikdir. Hər bir gənc idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul olmaq üçün bu, çox vacibdir. Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək. Alkoqollu içkilər, narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir.

         İdman və bədən tərbiyəsi ilə məşğul olan bütün insanları 2 fevral Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm, onlara ölkəmizin şərəfini artırmaq, sağlam və mənalı həyat naminə qələbələr arzu edirəm.

Elşad Həsənli,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Cəlilabad şəhər İƏDÜ nümayəndəliyinin məsləhətçi-mühəndisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir