• C. Dek 19th, 2025

Prezident seçkisində yerli və beynəlxalq müşahidəçilərin sayı AÇIQLANDI

Byadmin

Fev 1, 2024


“Azərbaycanda prezident seçkisini izləmək üçün 86 490 müşahidəçi qeydiyyatdan keçib”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

MSK rəsmisinin sözlərinə görə, onlardan 790 nəfəri beynəlxalq müşahidəçidir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.