“Çexiya heç vaxt Qarabağın Azərbaycana məxsus olduğuna şübhə etməyib”.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova məlumat verib.
“Mən Qarabağın Azərbaycan torpağı olmasına heç vaxt şübhə etməmişəm. Çexiya bütün ölkələrin, o cümlədən Cənubi Qafqazın bütövlüyünü və suverenliyini dəstəkləyir”, – o bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda sülhün bərqərar olması üçün hər cür imkan var:
“Əminik ki, indi bir əlaqənin başlaması üçün şans var. Hazırda Ermənistanla Azərbaycan arasında dialoq mövcuddur və bu, bizim hamımız üçün vacibdir. Əsas maraq budur. Cənubi Qafqaz firavan ola bilər”.