• C. Noy 29th, 2024

Dövlət qurumlarının adlarına bənzədilmiş 186 saxta domen aşkarlanıb

ByYenigun.news

Fev 2, 2024


“Son zamanlar dövlət qurumlarını hədəf alırlar. Bu məlumatı biz saytlarımızda da yerləşdirmişik”. 

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. 

O bildirib ki, böyük qurumları hədəf alan linklər olub:

“İl ərzində 323 yeni subdomen, 119 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu da yeni informasiya sistemlərinin artımını göstərir. Bir çox sahələrin elektronlaşdırılması, eləcə də təhlükəsizlik məsələlərini də ön plana keçirir. Biz artıq bu sahəyə daha çox resurs ayırırıq. 2023-cü il ərzində 186 saxta domen aşkarlanıb və bloklanıb. Bu da dövlət qurumlarının adlarına bənzədilmiş saxta domenlərdir. Adlara baxdıqda daha çox hansı dövlət qurumlarının hədəf alındığı aşkardır. Hakerlər bununla insanları aldadaraq, onların informasiyalarını oğurlamağı hədəfləyiblər”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir