• C. Noy 29th, 2024

Dövlət Xidməti: “Bu seçkilərdə tətbiq olunan texnologiyadan qarşıdan gələn seçkilərdə də istifadə ediləcək”

ByYenigun.news

Fev 2, 2024


“7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində İşçi Qrup yaradılıb”.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov bildirib.

O qeyd edib ki, bu İşçi Qrupa Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası və bir çox özəl qurumlar daxildir:

“İşçi Qrupun yaradıldığı ilk gündən tədbirlər planı təsdiqlənib və işimizi qurmuşuq. Qısa müddət ərzində 6 mindən çox məntəqə dayanıqlı internetlə təmin olunub. Həmçinin 1000-dən çox məntəqədə kameralar quraşdırılıb.

Bu seçkilərdə tətbiq olunan texnologiya qurğularından biz qarşıdan gələn onillikdə olan seçkilərdə də istifadə edəcəyik. Dünən MSK-da XRİTDX rəisi, rəqəmsal inkişaf və nəqliyyat naziri və MSK sədri ilə görüş keçirib və seçkiyə hazırlıqla bağlı geniş müzakirə aparıblar. Biz növbədənkənar prezident seçkisinə tam hazırıq”. 

Veb-kamera quraşdırılan məntəqələrin siyahısı ilə MSK-nın saytına keçid edərək tanış olmaq olar.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir