Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində Şuşada 1 189 nəfər seçici səs verəcək.
Bunu “Report”un Şuşa şəhərinə ezam olunmuş əməkdaşına 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairə seçki komissiyasının azad edilən Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsinin katibi Elnur Məhərrəmov deyib.
O bildirib ki, məntəqədə 7 fevral növbədənkənar prezident seçkisi günü 1 189 nəfər seçici səs verəcək və artıq bildirişlərin paylanması prosesi başa çatıb.
“Sevindirici haldır ki, seçicilər özləri məntəqəyə gələrək prezident seçkisinə xüsusi maraq göstərirlər. İndiyə kimi bir çox seçicilərimiz yaşadıqları yerdən çıxarış vərəqələri alaraq burada səs verməyə can atırlar. Bu baxımdan deyə bilərəm ki, builki seçkilərə xüsusi fəallıq var”, – o deyib.