Türkiyənin “Haber Global” telekanalında Fransanın regionda dağıdıcı siyasət həyata keçirmək planı, eləcə də Ermənistanı silahlandırmaq siyasəti müzakirə olunub.
“Fransa qanunu unutdu! Müstəqillik tələbinə həbs qərarı” adlı proqramda aparılan müzakirələr zamanı Prezident İlham Əliyevin fevralın birində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən ifadə etdiyi fikirlər də səsləndirilib.
“Fransa Ermənistan əsgərlərinə hazırda təlim keçir, hazırlayır və yenidən müharibənin başlanmasına çalışır”, – deyə İlham Əliyevin sözləri xatırladılıb.
Bildirilib ki, 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi heç bir həllə nail ola bilməyən Fransa bu dəfə də regionda müharibənin başlamasını istəyir.
Videosüjetdə həmçinin Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasını qeyri-müəyyən müddətə tərk etməsi məsələsinə də toxunulub.
Eyni zamanda korsikalıların müstəqillik tələblərindən də bəhs edilib.
Xatırladaq ki, Aralıq dənizinin şimal hissəsində yerləşən, Fransanın vaxtilə işğal etdiyi Korsika adasında insanlar müstəqillik hərəkatına başlayıblar. Fəallara qarşı təzyiq artır, onlar küçələrdə həbs olunurlar. Korsikanın bir qismi muxtariyyət, bir qismi isə müstəqillik tələb edir. Müstəqillik tələb edən hissə isə muxtariyyətin yetərsiz olduğunu düşünür.
Daha ətraflı videosüjetdə: