• Şb. May 16th, 2026

Rusiyanın “Birinci kanal”ında Azərbaycanda prezident seçkisi barədə reportaj yayımlanıb – VİDEO

Byadmin

Fev 6, 2024


Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi barədə reportaj yayımlanıb.

Oxu.Az xəbər verir ki, reportajda seçki məntəqələrinin səsverməyə hazır olduğu bildirilib. Xüsusi olaraq vurğulanıb ki, bu il ilk dəfə seçkilər Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində baş tutacaq.

Süjetdə Qarabağda, o cümlədən Zəngilan rayonunun Ağalı kəndində aparılan yenidənqurma-bərpa işlərindən, seçki məntəqələrinin texniki təchizatından da söhbət açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir