• Şb. Dek 20th, 2025

Türkiyə parlamentinin sədri: “Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm” – FOTO

Byadmin

Fev 26, 2024


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar paylaşım edib.

“1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən qətlə yetirilən uşaq, qoca və qadın – bütün qardaşlarımızın xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm.

Bütün dünya insanlığa qarşı törədilən bu cinayətin qurbanlarına məhəl qoymasa da, onlar həmişə var olacaqlar. Azərbaycanlı qardaşlarımızı hər zaman yaxşılıqla xatırlayacağıq”, – o, “X” sosial şəbəkəsində yazıb.