• Ca. Noy 28th, 2024

Fəal siyasi dialoq mühitinin formalaşdırılması xalqın birliyinin əsasıdır

ByVuqar Ferzeliyev

Fev 29, 2024

Yeni Azərbaycan Partiyasının YII qurultayında partiyanın Sədri Prezident İlham Əliyevin çıxışını yaxşı xatırlayırıq. Bu çıxış cəmiyyətimizdə ölkəmizin siyasi tərəqqisinə reallıqlar bəxş edən istiqamət kimi qiymətləndirilir.

         İrəli sürülən müddəalar və təşəbbüslər ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Ölkəmizin siyasi həyatında Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bu fakt Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir.    

       Qurultayda sonra ötən dövr bir daha təsdiq edir ki, YAP həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlər qurulması YAP-ın yerli təşkilatlarının gündəlik fəaliyyət təcrübəsinə daxil olmalıdır. Siyasi müstəvidə aparılan islahatların strateji hədəfidir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir.

        Ölkəmizdə aparılan siyasi dialoqun böyük əhəmiyyəti var. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün dialoq önəmli amildir.

       Qürur duyduğumuz ən mühüm gerçəklik isə sürətlə inkişaf edən bugünkü Azərbaycandır və YAP ölkənin ən böyük və qüdrətli siyasi partiyasıdır. YAP-ın gücü  Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutmasında, sıralarında birləşən 830 min nəfərə yaxın insandadır. Azərbaycanın tarixi boyu hələ heç bir partiyanın ətrafında bu qədər üzv olmayıb. Bu, sadəcə, statistika deyil, partiyanın gücünün və qüdrətinin göstəricisidir.

          Beləliklə, ciddi tarixi və siyasi əsaslara söykənən nailiyyətlər Yeni Azərbaycan Partiyasının ən şərəfli səhifələrimizdə yer almasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti, Partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır.

Günel Məmmədova,

Cəlilabad şəhər 1 nömrəli körpələr

evi-uşaq bağçasının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir