• Şb. Noy 23rd, 2024

Avropa ən vacib iqtisadi və siyası tərəfdaşdır

ByVuqar Ferzeliyev

Mar 2, 2024

        Cari ilmartın 1-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı ilə diqqətlə tanış olduq. Bir daha gördük ki, Avropanın aparıcı ölkələri Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Bu cəhətdən dövlətimizin başçısının söylədiyi fikirlər hamımızda dərin maraq və tərəfdaşlıqımızın daha da genişləndirilməsinə dərin inam oyadıb.   

        Prezident İlham Əliyev verdiyi məlumatlar həmişə ürəkaçan məlumatlardır.  Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarı təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir. Enerji sahəsində həm orta, həm də uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik. Avropa ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Ona görə ki, Azərbaycan qanuna tabe ölkədir. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq.

        Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropa məkanına 20 milyard kubmetr təbii qazın çatdırılması planlaşdırılır. Biz, eyni zamanda, Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya və Rumıniyaya çatdırılır. Yaxın vaxtda  Macarıstana  və Albaniyaya da qaz ixracatını təmin etmək üçün müvafiq tədbirlər görüləcək. Bu isə digər ölkələrlə də fəal əməkdaşlığa imkanlar yaradır.

       Həmçinin görüşün diqqətçəkən məqamlarından daha biri hal-hazırda xüsusən Qarabağın yenidən qurulması məsələsində də aktuallıq kəsb edən yaşıl enerji layihələrinin ölkələr arasındakı əlaqələrdə də özünü göstərməsi idi.  Dövlətimizin başçısı bildirib ki, biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımızı ilk növbədə, Avropa məkanına sürətlə artırırıq.  

         Dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir.  Avropa Komissiyasının dəstəklədiyi layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Azərbaycanda bərpa olunan enerji resurslarından istehsal edilmiş elektrik enerjisinin nəqli üçün çəkiləcək olan dənizaltı kabel və nəhayət, Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək.

Ələkbər Dövlətov,

Lənkəran-Regional Qaz İstismarı İdarəsinin

rəisinin Cəlilabad rayonu üzrə müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir