• Ç. Noy 27th, 2024

İki qardaş xalqın münasibətləri yüksək  səviyyədədir

ByVuqar Ferzeliyev

Mar 13, 2024

        Qazaxstan prezidenti Kasım-Jomart KemeleviçTokayevin Azərbaycana səfəri çox böyük əhəmiyyət daşıyır. Bu səfər ölkələrimiz arasında yeni bir səhifənin, mərhələnin başlanğıcıdır. Azərbaycanla Qazaxıstanı ortaq köklər, tarixi köklər, ortaq mövqelər birləşdirir və iki dövlət daimi olaraq beynəlxalq təşkilatlarda bir-birlərinə dəstək verirlər. Tokayevin Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətın yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Bilirik ki, münasibətlərin bu səviyyəyə çatmasında həm ölkə Prezidenti İlham Əliyevin, həm də Qazaxstan Prezidenti cəvab Tokayevin çox böyük xidmətləri vardır.

         Azərbaycan haqqında Qazaxıstanın Prezidentinin söylədiyi xoş sözlər, dəyərli fikirlər göstərdi ki, həqiqətən də respublikamız bu gün dünyada sülhün, əminamanlığın bərqərar olmasında, eləcə də ölkələrarası münasibətlərin yaxşılaşdırılmasında fəal, rola malikdir. Azərbaycanla münasibətlərin inkişafında strateji əlaqələrin müttəfiqlik səviyyəsinə çatdırılması istiqamətində hər iki tərəf çox böyük səylər göstərir. Həm də Azərbaycan Avropaya çıxış qapısı kimi dəyərləndirilir. Bu da ölkələrimiz üçün çox böyük əhəmiyyət daşıyır.

      Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 160-a yaxın sənəd imzalanıb. Bu da onun sübutudur ki, Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.

        İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. 12 mart tarixində keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq mərkəzin açılış mərasimi təşkil olunacaqdır. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.

         Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı.  Ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Müzakirə olunan mövzuların mahiyyətinə, formasına, məzmununa əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün daha bir təkan olacaq. gələcəkdə Mərkəzi Asiyada Azərbaycanı təkcə siyasi deyil, eyni zamanda, iqtisadi gücünün və mövqelərinin möhkəmlənməyinə köməklik edəcək.

Emil Həsənov,

Cəlilabad rayon Dövlət Arxivinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir