Qədim insanlara görə kainat 4 ünsürdən-su, od, torpaq və havadan yaranıb. Ona görə də hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Bu çərşənbələrdən birinci-su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Ona görə də ta qədim zamanlardannqızlar bulaqlardan sərin, şirin su gətirərdilər, üzlərini yuyardılar.İncisi-od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş torpağı qızdırır, isindirir, od çərşənbəsində ta qədimdən insanlar tonqallar qalayırdılar. Hər ailə üzvünün adına bir şam yandırardılar, xonçalar düzəldilərdi.Üçüncüsü-yel çərşənbəsidir.Yəni yel artıq azacıq oyanmış torpağı təzəcə çıxmış, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağaclar yellədir ki, onlar da oyansın.Dördüncüsü-torpaq çərşənbəsidir. Torpağı ona təbiət su ilə isladır, günəşlə isidir, onu yaratmağa hazırlayır, ona görə də ta qədimdən insanlar ilk yaz əkini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar isə səməni saxla məni, ildə göyərdərəm səni deyib buğda isladardılar ki, ondam səməni göyərsin.Azərbaycanda bu bayram hər il yüksək təntənə ilə keçirilir. Biz fəxr edirik ki, Novruz xalqımızın ən böyük bayramıdır. Xalqımız əsrlər boyu bu bayramın adətlərini qoruyub saxlaya bilib və arzumuz budur ki, gələcək nəsillər də çox əsrli tarixə malik olan bu əziz bayramı qoruyub saxlasın.
Novruzun gəlişi – əmək mövsümünün başlanması deməkdir. Bu baxımdan da insanlar qoyun–quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması üçün müxtəlif nəğmələr yaradıblar. Son ayın dörd çilləyə bölünməsi isə ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür su, od, hava və torpaqdır. Qədim etiqadlara görə, son ayın hər həftəsində sanki bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlər Azərbaycanında bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin son çərşənbəsində xüsusi şəkildə qeyd edilib.“Əski təqvimə görə, “ilaxır çərşənbə”lərin birincisi olan Su çərşənbəsi boz ayın dörd çərşənbəsinin ilkidir. Yaradılışın sudan başlanması, həyatın ilk qaynağının su olması qədim təsəvvürlərdə də öz əksini tapır. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınmışdır.
Mehriban Mənəfova
Saatlı rayon MKS-nin baş kitabxanaçısı