• Ca. Noy 28th, 2024

Ədliyyə Nazirliyinə yeni TƏYİNAT

ByYenigun.news

Apr 2, 2024

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə yeni rəis təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifəyə Toğrul Aydın oğlu Hüseynov təyin olunub. 

Nazirin digər əmri ilə Həsənli Rəşad İsmayıl Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini təyin olunub. 

Qeyd edək ki, bu ilin mart ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub. 

Bundan əvvəl Toğrul Hüseynov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertiza şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir