Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Life.ru” ilə söhbətində Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda Rusiya Federasiyasında səfərbərliyin olacağı ilə bağlı bəyanatını təkzib edib.
Kremlin sözçüsü bunu həqiqətə uyğun olmayan ifadələr adlandırıb.
Peskov müvafiq sualı “Bu doğru deyil”, – deyərək cavablandırıb.
Xatırladaq ki, daha əvvəl Zelenski Rusiya hakimiyyətinin iyunun əvvəlinə qədər 300 min insanı səfərbər etmək niyyətində olduğunu bildirmişdi.