Müxtəlif dövlətlərin kəşfiyyat orqanlarının daxilindən sızan məlumatlar əsasında dövri araşdırmaçı məqalələrlə çıxış edən “Observer Online”ın 2 aprel 2024-cü ildə növbəti sayında “Why are French intelligence officers fleeing the countries?” (Fransa kəşfiyyatçıları ölkələrdən niyə qaçırlar?) başlıqlı araşdırma yazıda çoxlu yeni və qaranlıq məsələyə toxunulub.
Yazıda Fransanın Azərbaycanda və digər dövlətlərdə üzləşdiyi məsələlərə eyham vuran saysız ipucları və sızmalar, digər dövlətlərin marağına səbəb olan Fransa kəşfiyyatının üsul və metodlarını açıqlayan məlumatlar sonuncuları sözün əsl mənasında təşvişə salıb.
Qeyd edək ki, Fransanın həmin strukturlarına yaxınlığı ilə bilinən “Intelligence Online” son zamanlar Azərbaycanla bağlı əsassız yazılara baş vurub.
“Qafqazinfo” “Observer Online”ın həmin yazısının Azərbaycan dilinə tərcüməsini olduğu kimi təqdim edir:
Fransa kəşfiyyatçıları ölkələrdən niyə qaçırlar?
“Intelligence.online”ın yazmadıqları – Ermənistan yeni koloniya olmaq yolunda
Fransada erməni lobbisinin təşəbbüsləri və Afrikadakı uğursuzluqların fonunda yeni koloniya olmağa tam yarayan Ermənistan Fransa silahlarının satışı üçün cəlbedici bazar olub. Bitərəf müşahidəçilər bunu Qafqaz regionunda beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanla Ermənistan arasında bitmiş müharibənin alovlandırılması cəhdi və dayanıqlı sülhün bərqərar olmasına maneə kimi qiymətləndirirlər.
Belə ki, Azərbaycan nəinki müasir, çox sayda beynəlxalq konfransa ev sahibliyi edən, zəngin təbii ehtiyatlarını müasir inkişafa transfer etmiş dayanıqlı iqtisadiyyata malik ölkədir. Əgər son on il ərzində dünyada baş vermiş müharibələrdə heç bir tərəf qəti qalib olmayıbsa, Azərbaycan bu mövzuda yeganə istisnadır. O, 1990-cı illərdə işğal olunmuş və dünya tərəfindən tanınan suveren ərazilərini qonşu Ermənistan üzərində tam qələbə ilə qaytararaq, öz ərazi bütövlüyünü təmin edib və erməni qoşunlarının geriyə çəkilməsinə nail olub.
Təbii ki, belə şəraitdə uzun illər dost Azərbaycanda özünü rahat hiss edən, Asiyaya əl-qol açan, indi isə Azərbaycanın milli maraqlarına qarşı fəaliyyət göstərən Fransa kəşfiyyatının özünü sərbəst buraxmağa vərdiş etmiş nümayəndələri ifşa olunacaqdı. Qafqaz regionunun ən böyük gücü Azərbaycan isə geniş əks-kəşfiyyat və kəşfiyyat imkanlarına malik olan ölkədir, Fransa kəşfiyyatı agenturasına qarşı təbdirlər silsilə həbslər, “persona non grata”lar və digər tədbirlərlə müşayiət olunub.
Həbs olunanlardan biri olan Fransa vətəndaşına Azərbaycanda Britaniya vətəndaşlığı əldə etmək tapşırılıbmış.
Buraxılan səhvlərin pikində Fransada xarici kəşfiyyat orqanı DGSE rəhbəri və xarici işlər naziri vəzifəsindən azad edildi.
Ən maraqlısı isə Bakının indiyə kimi çox baş qoşmadığı, Azərbaycana və Azərbaycan üzərindən üçüncü ölkələrə qarşı fəaliyyət göstərən geniş kəşfiyyat şəbəkəsinin, onların üsul və metodlarının, beynəlxalq ictimaiyyət üçün şok effekti doğuracaq qanunsuz əməliyyatlarının, rüşvət və bazarlıqlarının, gizliliyə dair buraxılmış biabırçı səhvlərin üzə çıxması olub.
Həyatlarını bədii əsərə köçürən kəşfiyyatçılar qaçanda kitabları qalıb
Azərbaycan və Fransa vətəndaşlarının casus kimi istifadə edilməsi ilə bağlı Azərbaycanda başlanılmış istintaq artıq müxtəlif nüfuzlu beynəlxalq təşkilatlara və regionlara da sirayət edir.
Məlum olur ki, vaxtilə yuxarıda qeyd edilən cinayətlərə yol vermiş kəşfiyyatçılarını Fransa sonradan gizlincə çoxlu ölkənin təmsil olunduğu beynəlxalq təşkilatlara rəhbər postlara yerləşdirməyə nail olubmuş.
Onlardan biri Bakıda 2023-cü ilin dekabr ayında silsilə həbslər başlayan kimi Mərkəzi Asiyadakı beynəlxalq təşkilatın rəhbəri postunu başsız qoyub ilk reyslə Bişkek şəhərindən Fransaya qaçıb və bu aylar ərzində ona Fransadan çıxmağa Bakıda qeydə alınmış oyunlarının qorxusu mane olur.
Xəfiyyələrin öz həyatlarını və əməliyyatlarını xatirə kitablarına yazması ilə kəşfiyyat sənətində yəqin ki, yeniliklərdəndir. Bu onlara ədalətsiz rəhbər məmurlara öz əməklərini gələcəkdə sübut etmək üçün dolayı bir vasitə imiş.
Azərbaycana marağı artmış “Intelligence Online” qəzetinin yazmadıqları
Yazılarını haradan aldığı məlum olan Fransanın “Intelligence Online” qəzeti, demək olar ki, artıq müntəzəm olaraq Azərbaycan mövzusunu yad etməyi unutmur.
Bəzən isə qəzet Fransa diplomatiyasının qapıları arxasında baş verən, əvvəl görmədiyi şok qalmaqallardan yazmaqdan da kənar qala bilmir.
Terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlıq harada qaldı?
Xüsusilə həssas bir dövrdə DGSE-nin cari fəaliyyətində beynəlxalq terrorizmə qarşı mübarizədə digər dövlətlərlə effektiv əməkdaşlıq niyyətləri hiss olunmur.
Müstəqil ekspertlər bunu ya terror təşkilatları ilə münasibətlərə dair səbəbli arxayınlıq, ya da iqtisadi-kolonial maraqların fonunda səbəbsiz laqeydlik kimi qiymətləndirir. Hər halda üçüncü ölkələrin ərazisindən İran və İsraili bir-birinin üstünə salan metodlarla məşğul olmağa vaxt olur.
Azərbaycan terrorçuluqla mübarizədə aktiv rolu olan, beynəlxalq terror təşkilatlarına qoşulmuş 500 nəfərdən çox şəxsi vətəndaşlığından məhrum etmək, İŞİD-in mühasiblərinin və digərlərinin həbsi kimi ciddi təcrübəyə malik, bu istiqamətdə beynəlxalq əməkdaşlıqda olan ölkədir.
Təbii ki, bu sferada beynəlxalq əməkdaşlıq istiqamətində atılan addımlar insanlığın qorunmasının tələbidir.
Bu gün “Dərviş Məstəli Şah” Xorasandan Parisi birbaşa hədəfə alır və dünya Mali, Niger, Burkina-Faso və digərlərinin intiqamı adı altında Fransaya yaxınlaşan nəhəng terror dalğasından qaçınmağa çalışır.
Qeyd olunan Afrika ölkələrini böyüyən yerli terror təşkilatları qarşısında aciz qoyan isə məhz uzunmüddətli Fransa müstəmləkəçilik istismarı və nəticədə əhalinin düşdüyü aclıq və səfalət, dövlətlərdəki sosial və siyasi qeyri-stabillikdir.
Fransız jurnalistləri döyənin xarici macəraları
Hamının yaxşı tanıdığı “yiyəsiz” Alexandre Benallanın xarici maqnatlar olan yeni adlardan şəxsi problemlərinin həll edilməsi üçün Fransanın milli maraqlarına zidd aldığı rüşvət məbləğləri tanış olanların gözünü qamaşdırır.
O, xatirə üçün bədii əsərlər yaza bilməsə də, hansı məşhur əcnəbi simaların ailə üzvlərindən alışlar edibsə, vecsiz şəkildə izi qalan metodlardan istifadə edib, arxasınca qalaq-qalaq kağız-kuğuz qoyub. Bu gün onu Fransa hüquq-mühafizə orqanlarına təsir edib qorumaq mümkündürsə, adətən maraqlı dəlilləri açıq mətbuatın əlindən heç kim ala bilmir.
Hansı gələcəyə doğru – dünyaya demokratiya nümunəsi, ya kolonialist milli maraqlar?
Hər dəfə bir tərəfdaş ölkə ilə suallar yarananda peşəkar əməkdaşlarının qohumluq əlaqələrinə görə onların karyerasını bağlayan DGSE kadrlar bölməsinin mütəxəssisləri heç də az qınaq obyekti olmayıb. Koloniyalıların da nifrətini artıran məqamlar isə bir başqa mövzudur.
Kollektivi iri Fransa şirkətlərinin qonşu bazarlarda ABŞ və Britaniya şirkətlərini əvəz edə biləcəyi metodları araşdırmağa səfərbər edən bəzi kəşfiyyat rəsmiləri sanballı qonorarlarını nəinki tabe əməkdaşlar, saymazyana intim münasibətlərə cəlb etdikləri tabe kolleqaları ilə bölüşdürməsi belə əlavə söz söhbətlər yaradardı.
Bu əməkdaşlıq onlara iqtisadiyyat nəhəngləri ilə xəlvətcə Fransanın daxili siyasi üfüqlərini görüşüb müzakirə etməyə də imkan verir.
Gücləri əhalinin razılığı olmadan onların kütləvi datalarını toplamağa çatanlar elə də problem yaşamırlar. Lakin bu gün Paris ölkədəki siyasətçilərə gizli nəzarətlə məşğul olan kadrların düzgün seçilməsindəki tərəddüdlərin bu informasiya daşıyıcılarının maraqlarına üstün gələ bilmədiyi məkandır.
Kəşfiyyat uğursuzluqları fonunda fürsət varkən əslində daxili siyasi auditoriyaya daha dərin şəxsi təsir mexanizmi qurulması üçün daxili kəşfiyyat rəhbərinin xarici kəşfiyyata ötürülməsi gələcəkdə daxili siyasi məkanda daha maraqlı qalmaqallar vəd edir.
Əməkdaşların ərazi bölgüsündə şəxsi münasibətlərin rolundan yaranan narazılıqlar isə belə qalmaqalların yanında az əhəmiyyətli görünür.
Görəsən, DGSE hiss edirmi ki, “Directorate of Intelligence Collecting and Operations” (DRO DGSE) əməkdaşlarının yenilənən siyahısı artıq bir çox ölkələrə onların məqsədli ardıcıl primitiv səfərlərini gülümsəməklə izləməyə imkan verir?!