• Ç. Noy 27th, 2024

Tibb elminə həsr olunmuş ömür

ByVuqar Ferzeliyev

Apr 15, 2024

              1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş akademik Zərifə xanım Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.

         1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan
Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiyaİnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

       Yaşlı adamlar deyirlər ki, XX əsrin qırxıncı illərinin sonunda
Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu.  

        Mən Zərifə xanım haqqında bir elm fədaisi kimi söz açdım. Amma onu da söyləmək borcumdur ki, o, hər rütbədən öncə xalqını ürəyinin ən dərin qatlarına qədər sevən bir insan idi.         

         Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında:
demişdir: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki,
sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla
vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt
insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən,
xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan
unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük
ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan,
ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam,
sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O,
insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz,
heç kimə kömək etməkdən imtina etməzdi.”

       Ulu Yaradan Zərifə xanıma rəhmət eləsin!

Ofeliya Qəhrəmanova,

Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir