• Ça. Noy 26th, 2024

“Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu.

ByVuqar Ferzeliyev

İyn 7, 2024

İyunun 4-də işə başlayan Bakı Enerji Həftəsi davam edir. İyunun 5-də tədbir çərçivəsində Bakı Enerji Forumu işə başlayıb. Tədbirdə çıxış edən Avropa Komissiyası Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin Enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero bildirib ki, Azərbaycan Avropa üçün qaz tədarükü və təchizatında etibarlı tərəfadaşdır və bu məsələdə xüsusi olaraq bir nümunədir.
K.Borrero qeyd edib ki, 2027-ci ildə Azərbaycan Avropaya qaz tədarükünü 20 milyard kubmetrə çatdırmağı hədəfləyir: “Bu hədəf üzərində Azərbaycanla yaxından əməkdaşlıq edirik”. Qeyd edək ki, iyunun 4-də Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Avropada Azərbaycan qazına tələbin getdikcə artdığını bildirib. Ölkənin ən böyük qaz yatağı olan “Şahdəniz”in işə salınmasını mühüm tarixi hadisə kimi dəyərləndirən Prezident onun Azərbaycanda qaz qıtlığını aradan qaldırdığını qeyd edib: “”Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb”.

Sürəyya Zeynalova

Saatlı Tarix-diyarşünaslıq muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir