Azərbaycan Respublikasııının paytaxtı Bakı şəhərində 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ölkəmiz üçün böyük strateji əhəmiyyət daşıyır. Bu mötəbər beynəlxalq tədbir Azərbaycanın şəhərsalma, davamlı inkişaf və müasir memarlıq sahəsində artan rolunu nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Beynəlxalq tədbirdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səsləndirdiyi fikirlər isə Bakıdan dünyaya ünvanlanan inkişaf və şəhərsalma mesajı oldu. Prezidentimiz cənab İlham Əliyev respublikanın bölgələrində həyata keçirilən irimiqyaslı quruculuq işləri ilə yanaşı paytaxt Bakını nümunə göstərdi.
Bu möhtəşəm tədbirdə182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış nümayəndə iştirak edir.. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazandılar.
Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Ümumdünya Şəhərsalma Forumunun təşkili və 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin ölkəmizə həvalə edilməsi çox böyük hadisədir. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə-Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.
WUF13-ün açılış mərasimində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın şərəfli tarixini yaşadan memarlıq mədəniyyətimizi və şəhərsalma ənənələrimizi nümayiş etdirməklə xalqımızın zəngin milli-mənəvi irsini, quruculuq təfəkkürünü və inkişaf baxışını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumdakı nitqində deyildiyi kimi, Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Bu cür mühüm toplantı bizə daha çox öyrənmək, müsbət təcrübə ilə tanışlıq üçün yardımçı olacaq.
Əfsər Abdullayev,
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi
və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti
məsələləri sektorunun müdiri
