• Ca. May 21st, 2026

Müasir, görməli, fəxr etməli məkanlar yaradaq

ByVuqar Ferzeliyev

May 21, 2026

   Qlobal dünyanın ən öncül platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş əzminin və tarix boyunca formalaşmış zəngin şəhərsalma-mədəniyyət ənənələrinin təcəssümüdür. İllər boyu aparılan uğurlu siyasət sayəsində bu tədbirə ev sahibliyi etmık şərəfinə nail olduq.

   Bu gün şəhərlər demək olar ki, bütün əsas qlobal çağırışların mərkəzində dayanır- iqlim dayanıqlığından və mənzil təhlükəsizliyindən tutmuş dayanıqlı inkişaf və sosial həmrəyliyə qədər. Şəhər məkanlarımızı necə planlaşdırmağımız, inkişaf etdirməyimiz və qorumağımız cəmiyyətlərimizin sabitliyini, rifahını və dayanıqlığını gələcək nəsillər üçün müəyyən edəcək.

  Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi qlobal gündəmin əsas müzakirə mövzularından birinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin çıxışı isə forumun siyasi və strateji mahiyyətini daha da qabarıq şəkildə nümayiş etdirdi.

   Bakı dünyada ilk şəhərdir ki, 1846-cı ildə neft hasil olunub. Bütün bu illər ərzində ətraf mühitin mühafizəsinə o qədər diqqət yetirilməyib, hava və digər yerlər çirklənib. Bakının  “Qara şəhər”, Bibiheybət, Böyükşor kimi yerləri 20 il əvvəl necə görünürdü və görülmüş işlərdən sonra onlar hansı görünüşü alıblar. Təbii, bu da göstərir ki, Bakıda yerli səviyyədə bu işlər aparılır. “Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk” – deyə dövlətimizin başçısı vurğulayıb.

   Bəli, bizim əcdadlarımız tərəfindən tikilən abidələr çoxdur. Son 20 il ərzində təkcə paytaxt Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq.  Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq.

                                                                                  Aydın Hüseynov,

                                                                          Siyasi şərhçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir