• C. May 22nd, 2026

Müstəqilliyimizin dəyəri heç bir meyarla ölçülməz

ByVuqar Ferzeliyev

May 22, 2026

  1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi iki ilə yaxın yaşasa da zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyaraq, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə gələcək müstəqilliyimiz üçün etibarlı zəmin hazırladı. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. Məhz 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizin  yerinə və roluna verilən böyük önəmin ifadəsi kimi dəyərləndirildi. Bu baxımdan 28 may 1918-ci il tarixinin Müstəqillik, 18 oktyabr 1991-ci il tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, eyni zamanda, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

  Ötən illər ərzində Azərbaycan xalqı bir daha heç kimdən asılı olmadan yaşamaq, müstəqil dövlət qurmaq bacarığını nümayiş etdirib. 1991-ci ilin oktyabr ayının 18-də  qəbul edilmiş Müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktı hazırkı şəraitdə Azərbaycan xalqının tarixi nailiyyətinin məzmununu daha dolğun və daha dəqiq ifadə edir.

  Qeyd edək ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam oldu. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir.

  Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir: “Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir.

                                                                                                                              Arif Abdullayev,

                    Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin atası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir