• Şb. Sen 6th, 2025

Azərbaycan Ordusunun leytenantı həlak oldu

ByYenigun.news

Avq 9, 2021

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyindən bildirilib ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

Hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.