• C. Noy 22nd, 2024

Azərbaycanın 3000-ə yaxın vətəndaşı minaya düşüb, 525 nəfər həlak olub

ByYenigun.news

Mar 25, 2021

“İşğaldan azad edilən ərazilərdə elə yerlər var ki, ermənilər orada hər kvadrat metrdə 10-dan çox mina basdırıblar”.

Yenigun.news xəbər verir ki, bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev martın 25-də keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, məcburi köçkünlərin tez bir zamanda evlərinə qayıtması üçün ilk şərtlərdən biri həmin ərazilərin mümkün qədər qısa vaxtda minalardan təmizlənməsidir.

“Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib ki, Qarabağ münaqişəsi dövründə Azərbaycanda 3000-ə yaxın vətəndaş minaya düşüb: “Onlardan 525 nəfəri həlak olub. Vətən müharibəsi dövründə minaya düşənlərlə bağlı rəqəm hələ məlum deyil, çünki bu məsələ hələ də araşdırılır. Minalanmış xəritələrin verilməsi mülki vətəndaşların bədbəxt hadisələrindən vaxtında qorunmasına şərait yaradacaq”.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir