• Be. Noy 25th, 2024

MƏSULİYYƏTLİ OLAQ, PANDEMİYAYA QALİB GƏLƏK

Byadmin

Okt 15, 2021

Azərbaycan yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinasiyaya erkən başlayan ölkələr sırasındadır. Hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurla davam etdirilir. Vaksinin əhəmiyyəti odur ki, peyvəndlənən vətəndaşlar yoluxsalar da, xəstəliyi yüngül keçirəcəklər, ağırlaşmalar, demək olar ki, olmayacaq.
Son vaxtlar yoluxanların sayı ilə əlaqədar rəqəmlər gündən-günə azalaraq xəstəxanalara düşən yükün azalmasına səbəb oldu. Lakin təhlükə hələ sovuşmayıb. Üçüncü dozaya – Buster dozasına ehtiyac artır. Mütəxəssislərin sözlərinə görə, hər iki doza peyvənddən bir müddət sonra qorunma səviyyəsinin vaxt keçdikcə zəifləyir. Buster doza yoluxmaların və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı ölüml riskini azaldır. Ona görə də üçüncü dozanın alınması sürətləndirilməlidir.
Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştammlarına qarşı güclüdür.
Xatırladım ki, tətbiq olunan peyvəndlərin indiyə qədər həyati təhlükəyə aparıb çıxaran hər hansı yan təsirə səbəb olmadığı sübut olunub. Təəssüf ki, cəmiyyətin müəyyən bir hissəsi hansısa səbəbdən bu prosesdən uzaqlaşıb və ya tərəddüd edir. Peyvənd vurulması nəticəsində orqanizmdə anticisimlərin əmələ gəlməsi ağırlaşmaların və eləcə də xəstəxanalarda həyati təhlükə yaşanmasının qarşısının alınması baxımından çox əhəmiyyətli bir hadisədir. İstər təbii yolla, yəni xəstəliyə yoluxduqdan sonra, istərsə də peyvəndlər vasitəsilə orqanizmdə anticisimlərin əmələ gəlməsi xəstəliklə mübarizədə immun sisteminin güclənməsi təhlükə ilə üzləşməmək üçün sığorta vasitəsidir. Tərəddüd etmədən peyvəndi vurdurmaq, həm özümüzü, həm də cəmiyyətimizi pandemiyadan xilas etmək lazımdır.
“COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkəmizin COVID-19 infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar.
COVID-19-la mübarizədə peyvənd çox əhəmiyyətli rol oynayır. Şübhəsiz ki, koronavirusla ən güclü mübarizə vasitələri tibbi maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydalara əməl etməklə yanaşı, vaxtında virus əleyhinə peyvəndin aparılmasıdır: Yumşalmalar dövründə insanlar daha ehtiyatlı olmalı, özünü və digərlərini hələ ki, ətraf mühitdə dövr edən təhlükəli virusa yoluxma risklərindən qorumaq üçün profilaktik qorunma tədbirləri görməlidirlər. Unutmaq lazım deyil ki, COVID-19 pandemiyası dünya əhalisi üçün ciddi təhlükə yaratmaqda davam edir və onun üzərində tam qələbə çalmaq üçün uzun müddət lazımdır.
Gülər İsgəndərova, həkim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir