• Ça. Sen 27th, 2022

“Azərbaycan kəlağayıları çox möhtəşəmdir” – Britaniya səfiri + Fotolar

ByYenigun.news

May 4, 2021

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Azərbaycan kəlağayılarına heyran olub.

“Yenigun.news” xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.

“Bu gün Azəripək zavoduna baş çəkdim. İpək istehsalı prosesi həyəcanverici idi və kəlağayılar çox möhtəşəm idi”, – britaniyalı diplomat yazıb.

C.Şarpın bu paylaşımı azərbaycanlı izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Onlar səfirə Azərbaycan mədəniyyətinə göstərdiyi diqqətə görə təşəkkürünü bildiriblər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.