• Şb. Okt 12th, 2024

Ərdoğan Azərbaycanla imzalanan daha bir sazişi təsdiqlədi

ByYenigun.news

Apr 22, 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqləyib.

“Yenigun.news” xəbər verir ki, bununla bağlı qərar “Resmi Gazete”də dərc edilib.

“25 fevral 2020-ci ildə Bakıda imzalanmış və 7269 saylı qanunla təsdiqi uyğun görülən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiqlənməsinə Prezidentin 9 saylı Fərmanının 2-ci və 3-cü maddəsi əsasında qərar verilib”,- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2020-ci ilin fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. Daha sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir