• C. Sen 30th, 2022

ABŞ Qara dənizə hərbi gəmilər göndərməyə hazırlaşır

ByYenigun.news

Apr 9, 2021

Pentaqon Rusiyanın Ukraynanın şərq sərhədinə yaxın cənub bölgələrinə hərbi texnika köçürməsi fonunda Kiyevə dəstək olaraq Qara dənizə əlavə hərbi gəmilər göndərə biləcəyini açıqlayıb.

“Yenigun.news” xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Mənbəyə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri mütəmadi olaraq Qara dənizə girirlər, lakin indi hərbi gəmilərin yerləşdirilməsi Moskva üçün ABŞ-ın vəziyyəti yaxından izlədiyini göstərən xüsusi bir siqnal olacaq.

ABŞ 1936-cı ildə imzalanan boğazların statusu haqqında Montrö Konvensiyasına əsasən, Qara dənizə girmək planı barədə Türkiyəyə 14 gün öncədən bildiriş göndərməlidir. Lakin bildirişin göndərilib-göndərilmədiyi hələ ki, məlum deyil.

Pentaqon, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Rusiya Hərbi Dəniz Qüvvələrinin fəaliyyətini və Krımdakı hərbçilərin istənilən hərəkətini izləmək üçün Qara dəniz üzərindəki beynəlxalq hava məkanına kəşfiyyat təyyarələri göndərməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyi təlimlərə qatılmaq məqsədilə 10-dan çox hərbi gəmini Xəzər dənizindən Qara dənizə köçürdüyünü açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.