• Şb. Noy 2nd, 2024

AZAD EDİLMİŞ ƏRAZİLƏRİN BƏRPASINA UĞURLA BAŞLANMIŞDIR

ByYenigun.news

Apr 23, 2021

Son günlərin ən əhəmiyyətli hadisəsi cənab İlham Əliyevin Hacıqabul rayonuna səfəridir. Səfər bir çox əhəmiyyətli məqamlarla yadda qalan oldu. Bu adi bir səfər deyildi və dövlət başçısı kənd rayonuna səfərdəki telemüsahibəsində işğaldan azad olunmuş torpaqlar haqqında kifayət qədər ciddi mesajlar verdi.
Biz yaxşı bilirik ki, 1990-сı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağrılı səhifələri olan birinci Qarabağ müharibəsi bizim üçün çoxlu qurbanlarla, itkilərlə həyatımıza yazılsa da, 2020-ci ilin sonları tariximizə qızıl hərflərlə həkk olunmuş, 44 günlük ikinci Qarabağ müharibəsində tarixi qələbəmizlə, torpaqlarımızın azad olunması ilə başa çatmışdır. Möhtərəm Prezidentimiz, şanlı ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın yaratdığı Dağlıq Qarabağ münaqişəsi tarixə çevrilmişdir.
Qarabağın azad edilməsi və böyük qayıdışın həyata keçirilməsi hər bir azərbaycanlı üçün tarixdən ibrət dərsi götürməyi tələb edir. Biz 28-30 il əvvəlki məğlubiyyətlərimizin acı nəticələrini düzgün təhlil etməliyik ki, gələcək nəsil də bunlardan yetərincə düzgün nəticə çıxara bilsin. Unutmamalıyıq ki, olub-keçənlər bu tarixin ibrət dərsi idi. Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan hərəkətlər, ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu münaqişənin bütün məşəqqətləri dünya ictimaiyyətinə detalları ilə çatdırılması, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ölkə başçımız tərəfindən ciddi və məqsədyönlü iş aparılır. Çünki soyqırıma siyasi münasibət bildirilməməsi yeni soyqırımların baş verə biləcəyi zəminini yaradır. Belə hesab edirik ki, eyni zamanda soyqırım Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasətin tərkib hissəsi kimi bəyan olunmalıdır.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz torpaqları döyüşürək azad etmişik. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq. və qayıtmışıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Cənab Prezidentin qeyd etdiyi kimi, geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaqdır. Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların profili, ixtisaslaşması nəzərdə tutulmuşdur.
“Qarabağ bölgəsində cənnət yaradacağıq” söyləyən Azərbaycan Prezidenti işğaldan təmizlənən bütün şəhərlərin, kəndlərin bərpasının müasir tələbləri nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlı öz göstərişlərini vermişdir. Yəni, dövlətimiz xalqla əlbir şəraitdə azad edilmiş rayonlarda tezliklə geniş miqyaslı quruculuq işlərinə girişməli, münbit torpaqların istifadəsi təmin olunmalıdır. Bunula yanaşı maddi və mənəvi sərvətlərimiz bərpa edilməli, Qarabağın tarixi, mədəniyyəti, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının, geoloji və coğrafi xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı kompleks işlər aparılmalıdır. Azad olunmuş ərazilərin minalardan təmizlənməsi ən vacib məsələlərdən biridir və hazırda bu sahədə işlər davam etdirilir.
Prezident qeyd edib ki, xaricdən bir çox təkliflər gəlməkdədir, bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın.
Lakin Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən hələ də imtina edir və bu, işğalçı dölətin iç üzünü açıb göstərir. Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Ölkə rəhbərimiz qəsbkar Ermənistanın siyasətini və liderlərini baş verə biləcək mənfi halların nəticələri haqqında xəbərdar etməkdən çəkinmir. O, bildirib ki, biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Buna baxmayaraq, “Böyük Qayıdış”a artıq start verilib. İşlər sürətlə aparılır. Bu sahədə ölkə başçısının uğurlu siyasətini tam dəstəkləyirik, bu gün də, sabah da bütün xalq ona arxadır, arxa da olacaq..
Adil Turabov, Cəlilabad rayon sakini, Şabanlı İnzibati Ərazi nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir